“Qafqazinfo” xəbər verir ki, məhkəmə zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı aşağıdakı ittihamları səsləndirib:
1. İddia olunur ki, bütün saxlanılan şəxslər əvvəlcədən qruplaşıb və bu iğtişaş da onlar tərəfindən törədilib.
2. İddia olunur ki, saxlanılan şəxslər sərxoş vəziyyətdə olublar.
3. İddia olunur ki, saxlanılan şəxslər davanın mərkəzində olublar, kütləni iğtişaşa çəkiblər və liderlik ediblər. Prokurarla yanaşı, İfadə verən polis nəfəri iddia edib ki, tutulan Ərəbov Zaurun onun yoldaşlarını vurduğunu görüb.
4. İddia olunur ki, bu şəxslər polis və əsgərlərlə üzbəüz davaya keçiblər və daşlar belə atılıb. Məhkəmənin gedişatında isə məlum oldu ki, daşlar stadionun çölündən atılırmış.
5. İddia olunur ki, azarkeşlər əsgərə qəsdən xəsarət yetiriblər.
İttihamlar səsləndikdən sonra təqsirləndirilən azarkeşlərə Elman Tağıyevə və Zaur Ərəbova söz verilib. Elman (Eliko) çıxışında “bütün saxlanılan şəxslər əvvəlcədən qruplaşıb və iğtişaşı törədib” ittihamını qəbul etməyib və fikrini belə əsaslandırıb: “Mən “Neftçi” azarkeşiylə bir qrupda olmağı özümə yaraşdırmaram”.
Digər azarkeş Zaur Ərəbov isə onun polisə vurduğu ittihamına belə şərh verib: “İlk hissənin sonunda artıq polislər məni şöbəyə aparıblar. Polis isə ikinci hissə sona çatandan sonra xəsarət alıb”.
Daha sonra məlum olub ki, hətta saxlanılan şəxslərdən biri öz cib dəsmalıyla bir əsgərin başını sarıyıb. Bu faktı əsgərin özü və yoldaşları da təsdiqləyib.
Məhkəmə prosesi yanvarın 15-də davam etdiriləcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər