“Xəzər” Milli Mükafatı sahiblərinə verildi

xezer-milli-mukafati-sahiblerine-verildi
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, incəsənət və media nümayəndələri iştirak edib. Mükafatları “İslahatçı Gənclər” İctimai Birliyinin rəhbəri Fərid Şahbazlə təqdim edib. Mükafatçılar sırasında Milli Məclisin deputatlarından Fəzail Ağamalı, Aydın Mirzəzadə, Qənirə Paşayeva yer alıb. İncəsənət nümayəndələrindən müğənni Aybəniz Haşımova mükafata layiq görülüb. Jurnalistlər də adı çəkilən mükafatdan kənarda qalmayıb. Belə ki, Qafqazinfo.az, azxeber.com, modern.az saytları və “Həftə içi” qəzeti də “Xəzər” Milli Mükafatı ilə təltif edilib.


Fatimə Kərimli