Xızıda “Niva” kanala düşdü, bir nəfər batdı

xizida-niva-kanala-dusdu-bir-nefer-batdi
Oxunma sayı: 1444

Xızı rayonu, Sitalçay kəndi ərazisində “Niva” markalı minik avtomobili Taxtakörpü-Ceyranbatan su kanalına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Görülən tədbirlər nəticəsində minik avtomobili sudan çıxarılıb. Batması ehtimal olunan bir nəfərin axtarışları davam etdirilir.