“Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

xonca-mehsullarinin-qida-tehlukesizliyi-teleblerine-uygunlugu-tesdiqlenib
Oxunma sayı: 2638

Ötən il “Xonça” istehsalat fabrikinin məhsul siyahısına 12 yeni çeşid daxil edilib və bununla da fabrikdə istehsal olunan məhsul çeşidi 206-a çatdırılıb.

Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketlənmiş hazır məhsullar daxildir. “Araz” supermarketlər şəbəkəsində satılan bu məhsullar öz dadı və keyfiyyətinə görə xüsusilə seçilir. Buna səbəb məhsulların özəl reseptlər əsasında hazırlanması, xüsusi texnologiyanın tətbiq edilməsi və yüksək keyfiyyətli xammallardan istifadə olunmasıdır. “Xonça”da Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada təlim keçmiş texnoloqlar çalışır. Həmçinin şirniyyat, un və un məmulatlarının hazırlanması, qablaşdırılması, daşınması kimi bütün mərhələlər gigiyenik şəraitdə həyata keçirilir.

“Xonça”da keyfiyyət və gigiyenanı təmin etmək məqsədilə xammal və inqrediyentlər, onların saxlanma şəraiti və hazırlanması Keyfiyyətə nəzarət departamenti tərəfindən mütəmadi olaraq yoxlanılır. Həmçinin laborator analizlərin həyata keçirilməsi məqsədilə məhsul nümunələri Azərbaycan Republikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilir. Aparılan yoxlamalar və analiz nəticələrinə əsasən “Xonça” məhsullarının keyfiyyətinin mövcud tələblərə, beynəlxalq standartlara uyğunluğu təsdiq edilir və yalnız bundan sonra müştərilərə təqdim olunur. Bununla yanaşı, “Xonça”da istehsal edilən şirniyyat və un məmulatları Qida Təhlükəsizliyinin İdarəedilməsi Sistemi olan ISO 22000:2018 Beynəlxalq Standartına uyğun olaraq sertifikatlaşdırılıb.  `      

Qeyd edək ki, “Xonça” fabriki keyfiyyətli məhsulların davamlı istehsalını təmin edən müasir avadanlıqlarla təchiz edilib. Müəssisədə İsveçrənin “Rondo” markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan Avropa markalı sobalar və dondurucular mövcuddur. Fabrikdə texnoloji baza daim yenilənir və yüksək nəticələr əldə etmək üçün müasir həllər təqdim edilir.