Xoşbəxt Yusifzadə dəfn olundu - Video - Fotolar

xosbext-yusifzade-defn-olundu
Oxunma sayı: 15024

Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən mərasimdə mərhumun ailə üzvləri, dövlət xadimləri, alimlər və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin misilsiz xidmətləri olub. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda 20-dən çox neft və qaz-kondensat yatağı - “Bahar”, “Günəşli”, “Azəri”, “Çıraq”, “Kəpəz” və digər yataqlar kəşf edilib. O, həmçinin 200-dən artıq elmi əsərin, 18 monoqrafiya və 8 ixtiranın müəllifidir.

2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xoşbəxt Yusifzadənin 90 illik yubileyi dövlət səviyyəsində təntənəli qeyd olunub.

***

Akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb.

Mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılıb.

***

Xoşbəxt Yusifzadə torpağa tapşırılıb.

Zaur Mirzə

Video/Foto: Xəyal Vəlizadə