Yakuboviç əməliyyat xəbərini yalanladı - Yenilənib

yakubovic-emeliyyat-xeberini-yalanladi
Oxunma sayı: 2446

Rusiyanın Xalq artisti, şoumen, məşhur “Poled çudes” verilişinin aparıcısı Leonid Yakuboviç cərrah masasına uzanıb.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, onun ürəyinə kardiostimulyator quraşdırılıb.

74 yaşlı artist əməliyyatdan bir neçə gün sonra evə buraxılıb. İndi o, həkimlərin nəzarəti altında ambulator müalicə olunacaq.

**

Rusiyanın Xalq artisti Leonid Yakuboviç əməliyyat olunması barədə yayılan xəbərləri yalanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, 74 yaşlı sənətçi “Gazeta.ru”ya açıqlamasında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

“Yaza bilərsiniz ki, məni xərəkdə reanimasiyadan tennisə gətiriblər. Mən indi oynaycağam, iki saatdan sonra isə xərəkdə reanimasiyaya qaytaracaqlar”, - Yakuboviç deyib və dəstəyi asıb.  

Qeyd edək ki, Xalq artistinin əməliyyat olunması xəbərini Rusiyanın “REN TV” telekanalı yayıb.