“Yalnız Ukraynanın NATO-ya üzv olması təhlükəsizliyə zəmanət verə bilər”

yalniz-ukraynanin-nato-ya-uzv-olmasi-tehlukesizliye-zemanet-vere-biler
Oxunma sayı: 1514

Uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyinə yalnız NATO-ya üzvlüklə zəmanət verilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlə Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın “The Daily Telegraph” qəzetində dərc edilmiş müsahibəsində çıxış edib.

“Yalnız Ukraynanın NATO-ya üzv olması uzunmüddətli təhlükəsizliyə və sülhə zəmanət verə bilər”, - o deyib.

Zelenski bu mövzunu Parisdə Fransa Prezidenti Emmanuel Makronla müzakirə etdikdən sonra NATO-nun Kiyevə alyans üzvlüyünə hazırlıq üzrə fəaliyyət planını nə vaxt verə biləcəyi məsələsində əvvəlkitək konkretlik gözlədiyini bildirib.

Qəzetin yazdığına görə, Ukrayna lideri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşünün keçirilməsi ideyasına dəstəyini təsdiqləyib. Zelenski ümid edir ki, Ağ Ev sahibi sammitdə Donbassda müharibənin başa çatması ilə bağlı konstruktiv danışıqların aparılmasının vacibliyi haqda bəyan edəcək. Zelenskinin fikrincə, yüksək səviyyədə Amerika-Rusiya görüşü Ukraynanın şərqində gərginliyin azalmasına səbəb ola bilər. Onun sözlərinə görə, gərginliyin yenidən kəskinləşməsi Avropa və bütövlükdə Qərb üçün sınaqdır.