“Yanımızda xəstəxana ola-ola ora getdik” - Video

yanimizda-xestexana-ola-ola-ora-getdik
Oxunma sayı: 9225

Övladının xəstəliyinə görə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana orada həkim tapmadığını iddia edir.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Bahar Cəfərova uşağının səhhətində yaranan problemlə bağlı mərkəzi xəstəxanaya müraciət edib.

O qeyd edib ki, bazar günü olduğu üçün xəstəxananın giriş qapıları bağlı olub, həkim tapa bilməyib:

“Uşağın qızdırması olmadığı üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının “Qara Qarayev” və ya “20 Yanvar” filiallarına yönləndirdilər. Yanımızda bu boyda xəstəxana ola-ola ora getdik”.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, vətəndaşın müraciəti bazar gününə təsadüf etdiyindən xəstəxanada yalnız təcili tibbi yardım şöbəsi fəaliyyət göstərib.

Ətraflı “Xəzər Xəbər”in süjetində: