Yaponiya sərhədlərini bu şəxslərə açacaq

yaponiya-serhedlerini-bu-sexslere-acacaq
Oxunma sayı: 868

Yaponiya hökuməti əcnəbilərin ölkəyə üç ay və ya daha çox müddətə gəlməsinə icazə verməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Oktyabrın 1-dən etibarən hökumət ölkəyə girişinə icazə veriləcək şəxslərin əhatəsini əhəmiyyətli dərəcədə genişləndirməyi nəzərdə tutur. Onların arasında dövlət təqaüdü almayan xarici tələbələr, tibb işçiləri, idmançılar və mədəni tədbirlərin iştirakçıları var.

Hər gün ölkəyə təxminən 1000 əcnəbinin buraxılması təmin ediləcək. Bununla belə, turistlərin girişi hələ ki, qadağan ediləcək.

Qeyd edək ki, Yaponiyada hazırda 159 ölkədən səyahət qadağası qüvvədədir.