Yaponiya Ukraynaya maliyyə yardımı ayırdı

yaponiya-ukraynaya-maliyye-yardimi-ayirdi
Oxunma sayı: 1318

Yaponiya Ukraynaya maliyyə yardımı təklif edən 100 milyon dollarlıq kredit müqaviləsi imzalayıb. Yardım Dünya Bankı vasitəsilə maliyyələşdiriləcək və Ukrayna hökumətinin büdcəsinə daxil ediləcək.

Bu barədə “Qafqazinfo” “Japan Today”ə istinadən xəbər verir.

Kredit, həmçinin inhisardan çıxarma və korrupsiyaya qarşı mübarizə institutlarına yardım üçün istifadə olunacaq.

Ölkələr arasında razılaşmaya əsasən, Yaponiyanın Ukraynaya ümumi humanitar kreditləri 300 milyon dollara çatdırılacaq.