Yaponiyada koronavirusa yoluxanların sayı artdı

yaponiyada-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1228

Yaponiyada yeni növ koronavirusa yoluxanların sayı sutka ərzində 862 nəfərə yüksəlib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 691 nəfəri “Diamond Princess” kruiz gəmisində karantindədir. Onlardan 37 nəfərin vəziyyəti ağırdır. 10 yeni yoluxma halı Hokkaydo adasında, Naqano, Ayti və Kumamoto prefekturalarında qeydə alınıb.

Qeyd edək ki, indiyədək gəmidə olanlardan 4 nəfər dünyasını dəyişib.