Yaponiyada Naruhitonun dövrü başladı - Taxtaçıxma mərasimindən fotolar

yaponiyada-naruhitonun-dovru-basladi
Oxunma sayı: 1562

Tokioda Yaponiya İmperatoru Naruhitonun taxta çıxması ilə bağlı mərasim keçirilib.

“Qafqazinfo”nun “Arqumentı i faktı”ya istinadən məlumatına görə, təntənəli tədbir İmperator Sarayının fəxri “Matsu-no ma” (Şam ağacı) zalında baş tutub. İmperator Naruhito Yer kürəsinin ən qədim sülaləsinə məxsus olan taxta çıxdığını yapon xalqına və bütün dünyaya bu taxtdan elan edib. 

Mərasimdə 174 ölkə və ərazidən 400-dən çox rəsmi nümayəndə, eləcə də 70 monarx və ölkə liderləri iştirak edib. Dəvətlilər arasında, həmçinin, Yaponiya ictimaiyyətinin bütün təbəqələrindən 1600 nümayəndə olub.

Azərtac yazır ki, mərasimdə Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Spiker, həmçinin, həmin gün axşam İmperator və İmperatriçə tərəfindən verilən təntənəli ziyafətdə də iştirak edib.