Yardım alacaq sahibkarlara xəbərdarlıq!

yardim-alacaq-sahibkarlara-xeberdarliq
Oxunma sayı: 3388

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin sahibkarlara dəstək mexanizmi ilə bağlı yaydığı məlumatda qeyd olunub. 

Bildirilir ki, bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Hansı sahibkarlara maliyyə yardımının veriləcəyi ilə bağlı məlumatı bu linkdən əldə edə bilərsiz.