Yasamalda avtomobil yandı

yasamalda-avtomobil-yandi
Oxunma sayı: 755

Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford transit” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilinin mühərriki və kabina hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub”, - məlumatda deyilir.