Yasamalda güllələnmə olub

yasamalda-gullelenme-olub
Oxunma sayı: 685

Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyabrın 12-si axşam saatlarında Nərimanov küçəsi 5 saylı evin qarşısında 59 yaşlı Bəhram Əliyev şəxsi maşınında ov tüfəngi ilə güllələnib. Budundan xəsarət alan yaralı 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Yaralının özü naməlum şəxs tərəfindən güllələndiyini bildirsə də, onun ifadəsini istintaqçılar inandırıcı hesab etmirlər. Faktla bağlı araşdırna aparılır.