“Yastıq altında pulu olanlar yeni fürsətləri dəyərləndirsin” - Ərdoğan

yastiq-altinda-pulu-olanlar-yeni-fursetleri-deyerlendirsin
Oxunma sayı: 3567

“Məzənnələrin artması ilə izah edilə bilməyən qiymət artımı edən heç kimin gözünün yaşına baxılmayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin növbəti iclasından sonra mətbuata açıqlamasında deyib.

“Türkiyə tarixinin ən böhranlı iqtisadi mübarizələrindən birini aparır. Belə bir vaxtda fürsətçilik edənləri nə millət, nə tarix, nə də dövlət bağışlayar.

Bankda, yastıq altında, kassada pulu, xüsusən xarici valyutası olan hər kəsi yeni iqtisadi siyasətimizin gətirdiyi fürsətləri dəyərləndirməyə dəvət edirəm”, - Ərdoğan qeyd edib.