“Yazdılar ki, koronavirusdan vəfat edib, yalandır”

“Yazdılar ki, koronavirusdan vəfat edib, yalandır”
Oxunma sayı: 4052

“Ramizin vəfatı dövründə çox əsəbiləşdim. Bəzi xəbər saytlarına özünü Ramizin dostu kimi təqdim edib açıqlama verirdilər. İnsanın vicdanı olar. Onun filan dostu nə Ramiz 19 saat komada olarkən xəstəxanaya, nə evinə, nə də dəfninə gəldi. Amma danışdı, açıqlamalar verdi. Onu dostu bilib danışdıranlar savadsız, danışan isə şəxsiyyətsizdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri tanınmış komediya aktyoru Məcid Hüseynov ötən ay dünyasını dəyişən həmkarı, dostu Ramiz Hüseynov barəsində danışarkən deyib. 

O, “Sözbaz” proqramında mərhum barədə mətbuata yalan açıqlama verən şəxsləri tənqid edib:

“Bu ölüm mənim üçün də var. Cəmi bir nəfər mənə zəng vurub öyrəndi, söylədi ki, çox sağ olun, məlumatı doğru yerdən öyrəndim. Məlumatı aldığı mənbə düzgün idi. Yanlış insanlardan məlumat aldıqları üçün səhv xəbərlər yayıldı. Yazdılar ki, koronavirusdan vəfat edib, yalandır. Təzyiq problemi var idi, beyninə qan sızmışdı.  19 saat Sumqayıtda xəstəxanada komada qaldı. Beyni ölmüşdü”.