“Yeni əsasnamə olsa, maaşlarla bağlı da müddəa olmalıdır”

yeni-esasname-olsa-maaslarla-bagli-da-muddea-olmalidir
Oxunma sayı: 1390

“Səhiyyə naziri ilə söhbətimizdə bildirdi ki, rezidentura haqqında yeni əsasnamə hazırlanır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib.

Millət vəkilinin sözlərinə görə, orda bir sıra dəyişiklər olacaq: “Bizdə indiyə qədər yan ixtisaslar rezidenturada yox idi. Bir çox sahələr var ki, o cümlədən onkologiya sahəsi rezidenturada öz əksini tapıb. Lakin bu gün dünyada mövcud olan rezidentura haqqında qanuna əsasən, kim onkoloq olmaq istəyirsə, o üzrə rezidenturaya gedəcək və bitirdikdən sonra yan ixtisas kimi bir, iki və ya üç il təhsillərini rezidenturada davam etdirəcəklər.

Mənə elə gəlir ki, yeni əsasnamə olacaqsa, əvvəl olan maaşlarla bağlı müddəa da öz əksini tapmalıdır. Həkimlərin maaşları qalxdıqca, rezidentlərin də maaşları qalxsın. Bu, vacib məsələdir”.

Nuranə Daxilqızı