Yeni Zelandiya sahillərində güclü zəlzələ

yeni-zelandiya-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 824

Yeni Zelandiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Blaff şəhərindən 680 kilometr cənubi-qərbdə və Danidin şəhərindən 851 kilometr cənubi-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.