“Yeralaş” yumoristik kinojurnalının bədii rəhbəri Boris Qraçevski dünyasını dəyişib.
“Qafqazinfo” “RBK”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin məlumat verib.
Qraçevski dekabrın sonunda ağır vəziyyətdə COVİD-19 diaqnozu ilə Moskvada xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Boris Qraçevski rejissor, ssenari müəllifi, “Yeralaş” kinostudiyasının bədii rəhbəri, "Dam" və "Notlar arasında, ya da Tantrik simfoniyası" filmlərinin müəllifi, eyni zamanda "Sosial Reklam" layihəsinin müəllifi, bir neçə sənədli filmin yaradıcısıdır.
Son xəbərlər
Son Xəbərlər