Yığmamız Dünya Kubokunda iştirak edəcək

yigmamiz-dunya-kubokunda-istirak-edecek
Oxunma sayı: 1458

Martın 31-dən aprelin 11-dək Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kuboku keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet iştirak edəcək. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılacaqlar.

Heyət aşağıdakı kimidir: 

Qadın: Nazilə İsmayılova (45 kq);

Kişilər: İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi - 73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).