Yıxılıb çanaq sümüyünü sındırdı, xəstəxanada öldü

yixilib-canaq-sumuyunu-sindirdi-xestexanada-oldu
Oxunma sayı: 3278

Bakıda evində yıxılaraq çanaq nahiyəsindən xəsarət alan kişi xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün öncə 1965-ci il təvəllüdlü Qaçay Əliyev Səbail rayonunda yaşadığı mənzildə yıxılıb. Nəticədə onun çanaq sümüyü sınıb. Yaxınları tərəfindən Travmotologiya İnstitutuna yerləşdirilən Q.Əliyev 5 gün sonra xəstəxanada ağ ciyərin tromboemboliyası (trombun damar divarından qopması – red.) səbəbilə ölüb.

Faktla bağlı araşdırma aparılır.