Yol vermək üstündə dava düşdü, DSX-nin mayoru döyüldü

yol-vermek-ustunde-dava-dusdu-dsx-nin-mayoru-doyuldu
Oxunma sayı: 4631

Bakıda yol vermək üstündə sürücülər arasında dava olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə Nəsimi rayonunda Azadlıq prospektində qeydə alınıb. Belə ki, Azadlıq prospektində bir sürücü digərindən yol istəyib. Digəri yol vermədiyinə görə mübahisə yaranıb və mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı 34 yaşlı Vurğun Əbilova küt alətlə xəsarət yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun: Спасена женщина, пытавшаяся совершить суицид из-за шантажа

Qeyd edək ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan mayorudur.

Faktla bağlı araşdırma aparılır.