Yolu keçmək istəyirdi, maşın vurdu

yolu-kecmek-isteyirdi-masin-vurdu
Oxunma sayı: 825

Balakəndə 63 yaşlı kişini avtomobil vurub.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Talalar kənd sakini, 1957-ci il təvəllüdlü Hacıyev Abdurahman Əfəndi oğlunu yolu keçmək istəyən zaman minik avtomobili vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov