Yüksək vəzifəli məmur oğlu xalq artistinin arvadını öldürdü- - Qəzada+Yenilənib

yuksek-vezifeli-memur-oglu-xalq-artistinin-arvadini-oldurdu-
Oxunma sayı: 8308


Sərxoş vəziyyətdə sükan arxasında olan "Gelendewagen"in sürücüsü haqda isə daha maraqlı məlumatlar var. Belə ki, Ağasəlim Abdullayevin ailə üzvləri ilə birlikdə olduğu maşınla toqquşan "Mercedes Gelendewagen"in dövlət nömrə nişanı və sürücüsünün adı bəlli olub. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, sürücünün adı Xalid Mübariz oğlu Mədətovdur. İdarə etdiyi maşının nöbrəsi isə 90 FE 007-dir.   

X.Mədətovun Xəzər Dəniz Neft donanmasının rəisinin oğlu olduğu bildirilir. 

***

Musavat.com-un araşdırmasına görə, Mübariz Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi olub. Onun Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlşar Bəşirovun biznes ortağıdır. Mübariz Mədətovun adı ilk dəfə deyil qalmaqallarda hallanır. Ötən il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan “Naftalan” tankerini saxlayıb. Sonradan məlum oldu ki, oğurluq neft daşıyan tanker İlqar Bəşirov-Mübariz Mədətov ortaqlarına məxsusdur. 

Mübariz Mədətov İlqar Bəşirovun biznes ortağı olmaqla yanaşı, həm də Aydın Bəşirovun qudasıdır.