“Yuventus”un stadionu bağlana bilər

yuventusun-stadionu-baglana-biler
Oxunma sayı: 653

İtaliyanın “Yuventus” klubunun yenicə istifadəyə verilən stadionu bağlana bilər. Qol.Az-ın məlumatına görə, buna arenanın təhlükəsizlik baxımından standartlara cavab verməməsi səbəb olub.

Turin şəhərinin icra orqanları artıq məsələ bağlı axtarışlara başlayıb. Sözsüz ki, arenanın təhlükəsizlik standartlarına cavab verməməsinə görə, əsas məsuliyyəti stadionu inşa edən tikinti şirkəti daşıyır.

Stadionla bağlı bu cür problemin yaranması tikinti zamanı keyfiyyətsiz materialların istifadəsi ilə əlaqələndirilir. İtaliya mətbuatının xəbərinə görə, arena azarkeşlərin ağırlığına tab gətirəcək gücdə deyil.