Zaqatalada bir ayda 64 nəfər qızılcaya yoluxub

zaqatalada-bir-ayda-64-nefer-qizilcaya-yoluxub
Oxunma sayı: 860

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən  bildirilib. 

Qeyd olunub ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb: “Ambulator xəstələrdən 8-i uşaqdır, vəziyyətləri stabildir. Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir".