Zelenski Cenevrədəki danışıqlara münasibət bildirdi

zelenski-cenevredeki-danisiqlara-munasibet-bildirdi
Oxunma sayı: 238

Ukrayna Prezidenti Volodimir Zelenski Moskva, Vaşinqton və Kiyev arasında Cenevrədə keçirilən üçtərəfli danışıqların nəticələrindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında videomüraciətində bildirib.

Zelenski danışıqların nəticələrindən məyus olduğunu deyib:

“Ukrayna nəticədə maraqlıdır. Bu günə kimi biz nəticənin qənaətbəxş olduğunu deyə bilmərik. Ordu bəzi məsələlərlə ciddi və əsaslı məşğul olub”, - o qeyd edib.