Zelenski hava limanının direktoru ilə sözləşdi - Video

Zelenski hava limanının direktoru ilə sözləşdi
Oxunma sayı: 6438

Ukrayna Prezidenti Vladimir Zelenski Nikolayev hava limanında aeroportun direktoru Fedor Barna ilə mübahisə edib. 

“Qafqazinfo”nun “Obozrevatel” nəşrinə istinadən verdiyi xəbərə görə, tərəflər arasında qalmaqal hava limanı terminalının tikintisinin başa çatması və lazımi vəsaitin miqdarı ilə bağlı müzakirə zamanı yaşanıb.

Barna deyib: “Siz bizə kömək etmək istəyirsiniz, yoxsa bizi burada hər kəsin qarşısında tənbeh etmək niyyətindəsiniz?”.

Ukrayna lideri direktorun bu çıxışını bəyənməyərək ərazidən uzaqlaşmaq qərarına gəlib. O, cavabında bildirib: “Hamını? Özünüz həll edin, getdik”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi