Zelenski Londondan sonra Brüsselə getdi

zelenski-londondan-sonra-brussele-getdi
Oxunma sayı: 135

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsselə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri bu barədə özünün teleqram kanalında məlumat yayıb.

Zelenski Brüsseldə NATO-nun Baş katibi Mark Rutte, eləcə də Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə danışıqlar aparacağını yazıb.

O əlavə edib ki, bu anda tərəfdaşlarla əməkdaşlıq Kiyev üçün çox vacibdir.

Xatırladaq ki, dekabrın 8-də Ukrayna lideri bildirmişdi ki, Avropa və Ukrayna Rusiya ilə münaqişənin həlli üzrə sülh planının öz variantını hazırlayır.