Zelenski Türkiyəyə yardım üçün sənəd imzaladı

zelenski-turkiyeye-yardim-ucun-sened-imzaladi
Oxunma sayı: 4090

Ukrayna Prezidenti Volodimir Zelenski Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərə görə Türkiyəyə humanitar yardımın göstərilməsi ilə bağlı qərarı imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezident Ofisinin saytı məlumat yayıb.

Fərmanda Zelenskinin Ukrayna Nazirlər Kabinetinə Türkiyəyə yardım göstərilməsi ilə bağlı göstəriş verdiyi qeyd olunub.