Zəlzələ Şamaxıya ziyan vurub? - Açıqlama

zelzele-samaxiya-ziyan-vurub
Oxunma sayı: 6656

Bu gün Şamaxıda baş verən zəlzələ nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb, xəsarət alan olmayıb.

Bu barədə “Qafqazinfo”ya rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, zəlzələ nəticəsində Şamaxı şəhəri və ətraf kəndlərində hər hansı fəsad qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində - Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.