Zəlzələdə həyatını xilas etmişdi - 17 il sonra evləndilər-Fotolar

zelzelede-heyatini-xilas-etmisdi
Oxunma sayı: 614

Çində Liu Sumei adlı qız 17 il əvvəl həyatını xilas etmiş Lyanq Çjibin adlı xilasedici ilə ailə qurub. 

“Qafqazinfo” “South China Morning Post”a (SCMP) istinadən xəbər verir ki, 2008-ci ilin mayında o zaman 22 yaşı olan Lyanq Çjibin, Siçuan əyalətində baş vermiş 8 ballıq zəlzələ nəticəsində dağılmış ikimərtəbəli yaşayış binasının dağıntıları altından 10 yaşlı Liu Sumeini xilas edib. 

Onlar uzun illər əlaqə saxlamasa da, 2020-ci ildə təsadüf nəticəsində yenidən rastlaşıblar. Bu ayın əvvəlində isə Çanşa şəhərində cütlüyün toyu olub.

“Mən ona minnətdarlıqdan aşiq olmadım. Sadəcə anladım ki, həyatımı ona etibar edə bilərəm”, - Liu bildirib.

Lyanq isə hadisələrin belə inkişafını gözləmədiyini, lakin taleyə minnətdar olduğunu qeyd edib.

“Heyrətamizdir, mən 17 il əvvəl onun həyatını xilas etdim, indi isə o mənim həyatımın işığına çevrildi”, - o deyib.