Zidan da koronavirusa yoluxdu

zidan-da-koronavirusa-yoluxdu
Oxunma sayı: 764

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanda koronavirus aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Sonuncu “COVID-19” testi pozitiv çıxan fransalı mütəxəssisin karantinə alındığı diqqətə çatdırılıb.

48 yaşlı mütəxəssis son olaraq yanvarın 20-də 1:2 hesabıyla uduzduqları “Alkoyano” ilə kubok matçında komandasına rəhbərlik edib.