“Zirə” “Keşlə”ni məğlub etdi - Video

zire-kesleni-meglub-etdi
Oxunma sayı: 2280

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

“Qafqazinfo” bildirir ki, turun üçüncü matçında "Keşlə" "Zirə"ni qəbul edib.

"ASK Arena"da baş tutan qarşılaşma "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 7-ə yüksəldən "Zirə" 1-2-ci, 5 xalı olan "Keşlə" isə 5-6-cı yerləri bölüşdürür.