“Zirvəyə doğru qaçış” 28 May - Müstəqillik Günü münasibətilə Qusar şəhərində növbəti dəfə yüzlərlə idmansevəri bir araya gətirəcək.
Şimal bölgəsində və regionlarda təşkil olunan ən böyük beynəlxalq qaçış tədbirlərindən biri sayılan “Zirvəyə doğru qaçış” yarışı bu il də böyük iştirakçı sayı ilə diqqət mərkəzində olacaq.
Artıq regionun idman brendinə çevrilmiş bu tədbir təkcə yarış deyil, həm də birlik və müstəqillik dəyərlərini təbliğ edən genişmiqyaslı sosial layihədir. Yarışın əsas məqsədi sağlam həyat tərzinin təşviqi, regionlarda qaçış idmanının inkişafı və gənclərin aktiv həyata cəlb olunmasıdır.
Qusarın füsunkar təbiəti fonunda keçiriləcək beynəlxalq yarış 11 və 22 km məsafələr üzrə təşkil olunacaq. Yarışda həm idmançılar, həm də idmansevərlər iştirak edə biləcəklər.
Layihənin sosial məsuliyyət istiqaməti xüsusi əhəmiyyət daşıyır. Hər il olduğu kimi, yarışdan əldə olunan vəsaitin hamısı xeyriyyə məqsədlərinə yönləndiriləcək. Bütün iştirakçılara xüsusi üst geyimi və xatirə medalları təqdim olunacaq, qaliblər isə pul mükafatları ilə təltif ediləcəklər.
Yarışa onlayn qeydiyyat 2 mart tarixində www.28zirveyedogru.az saytı üzərindən başlayacaq.
“Zirvəyə doğru qaçış” - Müstəqillik Günündə birlik, iradə və qələbə ruhunu bir araya gətirən, Qusarı regionun idman mərkəzinə çevirən nüfuzlu beynəlxalq idman tədbiridir.
Daha ətraflı məlumat üçün instaqram və “TikTok” hesablarına keçid edə bilərsiniz.








Son xəbərlər
Son Xəbərlər