Zirzəmisindən 25 kq narkotik çıxdı

zirzemisinden-25-kq-narkotik-cixdi
Oxunma sayı: 1060

Tovuzda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Düz Qırıqlı kənd sakini A.Cəlilovun evinin zirzəmisindən 25 kiloqram 200 qram marixuana aşkar edilib.

A.Cəlilovun əvvəllər də xuliqanlığa görə məhkumluğu olub.