Ziya Məmmədov “Gənclik”də aparılan işlə tanış olub - Fotolar

Ziya Məmmədov “Gənclik”də aparılan işlə tanış olub -<font color=red> Fotolar</font>
Oxunma sayı: 349

Nəqliyyat Nazirliyinin sifarişi ilə “Gənclik” metrostansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC həyata keçirir. Sinqapur şirkəti tərəfindən hazırlanan layihə ərazidə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, “Gənclik” metrostansiyasında əlavə iki yeni çıxışın inşası planlaşdırılıb. İlk olaraq “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və istifadəyə verilib.
Layihəyə əsasən bu ilin sonuna Həsən Əliyev prospektində inşa edilən 6 saylı tunelin tikintisinin yekunlaşması gözlənilir.

14.12.2012-ci il tarixdə layihə üzrə görülən işlərlə tanış olmaq üçün Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov və digər rəsmi şəxslər tikinti ərazisində olublar. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru Xaqani Quluzadə görülən işlər barədə nazirə məlumat verib. O bildirib ki, işlər plana əsasən həyata keçirilir. İlk olaraq ərazidə mövcud olan çoxsaylı kommunikasiya xətləri dəyişdirilib və daha müasir vasitələrlə əvəzlənib. İşlərin ilkin mərhələsi yekunlaşdıqdan sonra tunellərin tikintisi üzrə işlərə start verilib və hazırda bu iş davam etdirilir.

Xaqani Quluzadə hazırda tamamlanmaq üzrə olan tunelin dizayn memarlığının İtaliyanın “Venezia Design” şirkəti tərəfindən yerinə yetirildiyini bildirib. Divarların yanğına davamlı fibrobeton materialından olmasını diqqətə çatdıran Baş direktor bu tunelin əsas özəlliyinin işıqlandırma sistemi ilə bağlı olduğuna diqqət çəkib. O bildirib ki, tunelin daxili işıqlanma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və yarimkeçirici diodlar əsasında ( LED) işləyən ən müasir işıqlandırma sistemidir. Bu sistemdə işıqlanma kompyuter vasitəsilə idarə olunur. İşıqlandırıcılar çeviricilər vasitəsi ilə 12 volta çevrilmiş gərginliklə işlədiyi ücün enerjiyə 3 dəfə qənaət etməklə yanaşı, həm də təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunelin tavanında quraşdırılan projektorlar bir neçə rejimdə - gündüz , gecə və qəza rejimlərində çalışır.

Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə 90 kW gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tıxac zamanı tuneldə avtomobillərdən xaric olan zəhərli qazların miqdari normadan artıq olarsa, avtomatik ventilyasiya sistemi işə düşür və qısa bir zamanda tullantı qazlar tuneldən xaric edilir. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək temperaturlarda yanmayan izolə materiallardan hazırlanmışdır.
Nazirin diqqətinə o da çatdırılıb ki, tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə, Almaniya və ABŞ istehsalıdır.
Daha sonra nazir Ziya Məmmədov tunelətrafı ərazilərdə aparılan, kommunikasiya xətlərinin yenilənməsi ilə bağlı olan işlərlə də tanış olub və görülən işləri yüksək qiymətləndirib.


Qeyd: Layihə ərazidə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən “Gənclik” metrostansiyasında əlavə iki yeni çıxışın inşası planlaşdırılıb. İlk olaraq “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və istifadəyə verilib. Bundan başqa, Atatürk prospektində, Həsən Əliyev prospekti istiqamətində daha 8 yeraltı piyada keçidinin tikintisi də layihədə nəzərdə tutulub.

Layihədə Atatürk və Vaqif prospektlərinin birləşdirilməsi, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq, Təbriz küçəsindən qalxan avtomobillərin “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxması, həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmə təmin olunacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi