Ziya Məmmədovun tanınmış kadrı özünə iş tapdı

ziya-memmedovun-taninmis-kadri-ozune-is-tapdi
Oxunma sayı: 1533

Keçmiş Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov özünə yeni iş tapıb. 

“Qafqazinfo” xəbər verir ki, Namiq Həsənov yeni xəbər saytı açıb. N-xeber.com adlanan sayt bu gündən fəaliyyətə başlayıb. Eks-mətbuat katibi ətrafına işçi toplamağa da başlayıb:

“Peşəkar jurnalistləri, qələmini yeni sınamaq istəyənləri əməkdaşlığa dəvət edirik. Yaradıcılıq üçün yeni ünvan: n-xeber.com”.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv olunub, əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Nəticədə nazir Ziya Məmmədov da postunu itirib, onu Ramin Quluzadə əvəzləyib.