Kəmaləddin Heydərov əhali ilə görüşəcək

kemaleddin-heyderov-ehali-ile-gorusecek
Oxunma sayı: 2742

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

FHN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 29 yanvar 2016-cı il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Qəbulda Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.