Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə ADNSU rektoru, professor Mustafa Babanlı başda olmaqla, Tədris işləri ürzə prorektor, dosent Qasım Məmmədov, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Məmmədəli Kəsəmənli, BŞTİ-nin sektor müdiri Afiq Əzizov, professor-müəllim heyəti, qalib komandaların rəhbərləri ilə yanaşı həmin məktəblərin direktorları, kimya müəllimləri və valideynlər, müsabiqənin qalibləri iştirak ediblər.
Rektor Mustafa Babanlı tədbiri açaraq belə bir müsabiqənin ADNSU-da keçirilməsinə görə BŞTİ-nə öz minnətdarlığını bildirib.
Tədbirdə Kimya texnologiya fakültəsinin dekanı Fəttah Həşimov çıxış edərək iştirakçılara uğurlar diləyib. Sonra kimya elmləri doktoru, dosent Sevinc Məmmədxanovanın təqdimatı ilə qaliblərə diplom təqdim edilib. 1-ci yerin qalibi 320, II yerin qalibi 225 saylı orta məktəblərin, III yerin qalibi isə 299 saylı məktəb-liseyin komandaları olub. Qaliblərə diplomları rektor M.Babanlı, prorektor Q.Məmmədov və Məmmədəli Kəsəmənli təqdim edib. Daha sonra 220 saylı məktəb-liseyin və 287 saylı zəkalar liseyinin komandaları I dərəcəli diploma, 102, 240, 278 saylı orta məktəblərin, 70 saylı məktəb-liseyin, 160 saylı klassik gimnaziyanın komandaları II dərəcəli diplomla, 39, 5 saylı orta məktəblərin komandaları III dərəcəli, 253, 192, 239, 27, 117 və 186 saylı orta məktəblərin komandaları isə xüsusi dərəcəli diplomlarla təltif olunublar.




Son xəbərlər
Son Xəbərlər