Ali neft məktəbinə bina tikintisi üçün yer ayrıldı

-ali-neft-mektebine-bina-tikintisi-ucun-yer-ayrildi-
Oxunma sayı: 643

Məlumatı “Media forum” saytına şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev verib.

Noyabrın 29-da prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində Bakı Ali Neft Məktəbi yaradılmasına fərman verib. Bakı Ali Neft Məktəbində dərslər Azərbaycan və ingilis dillərində olacaq. Məktəb ilk tələbələrini 2012-ci ilin sentyabr ayında qəbul edəcək.

Nizaməddin Quliyev qeyd edib ki, universitet üçün Bibiheybətdə ayrılan ərazidə tikinti işlərinə nə vaxt start veriləcəyi hələ bilinmir: “Sənədləşdirmə işləri və danışıqlar ilkin mərhələdədir. Qaldı tədris proqramına, rəhbərlik hazırda bir çox universitetlərlə, məsələn, Aberdin Universiteti, Hyuston Neft İnstitutu ilə danışıqlar aparır və yaxın zamanda tədris metodologiyası və proqram müəyyənləşdirilib ictimaiyyətə açıqlanacaq”.