Almaniyada Azərbaycan Günü keçirildi

-almaniyada-azerbaycan-gunu-kecirildi
Oxunma sayı: 671

Bu haqda “Qafqazinfo”ya Almaniyadan Berlin Frei Universiteti və Potsdam Universiteti magistri, fəal diasporçu Rəqsanə Civişova bildirib.

“Tədbir Almaniyanın Potsdam şəhərində keçirildi. Tədbirdə Azərbaycanın siyasəti, iqtidisadiyyatı və mədəniyyətini əks etdirən prezentasiyalar təqdim olundu, təqdimat zamanı 20 yanvar hadisələrinə xüsusilə geniş yer verildi. Bundan əlavə Ermənistanın Azərbaycana olan işğalçılıq siyasətindən də bəhs olundu. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edirdi”,-deyə Rəqsanə Civişova qeyd edib.

Sonda tədbirin mədəni hissəsində “Xalq Ulduzu” yarışmasının keçmiş iştirakçılarından olan Şahvələd Nağıyev Azərbaycan xalq musiqisinin inçilərindən ifa edib.


Elnur Eltürk