Dünən istefa vermişdi, bu gün həbs edildi - Yenilənib

dunen-istefa-vermisdi-bu-gun-hebs-edildi
Oxunma sayı: 32977

Ukraynanın aqrar siyasət naziri Nikolay Solski ötən gün istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.

Bildirilib ki, nazir Ukrayna Milli Antikorrupsiya Bürosu tərəfindən korrupsiyada ittiham olunduqdan sonra bu qərara gəlib.

İstefaya parlamentin növbəti iclaslarında baxılacağı qeyd olunub.

***

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Solski barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçib. 

Məhkəmənin qərarına əsasən, dövlət torpaqlarını qanunsuz mənimsəməkdə təqsirləndirilən sabiq nazir 1,89 milyon dollar girov müqabilində sərbəst buraxıla bilər.