Bu adamlar düşüb ölsə, kim cavab verəcək? – - Video

-bu-adamlar-dusub-olse-kim-cavab-verecek-
Oxunma sayı: 2126


Amma bu pozuntuların qarşısını almaq üçün nə Nəqliyyat Nazirliyi, nə marşrutları işlədən sahibkarlar, nə də hüquq mühafizə orqanları tədbir görür. Və sözügedən pozuntuların hər gün şahidi oluruq. 

“Qafqazinfo”nun əməkdaşı 217 saylı “Koroğlu” metrosu – Məhəmmədi qəsəbəsi marşrut avtobusunda daha bir pozuntunun videosunu çəkib. 217 saylı avtobus gərgin saatlarda 20-25 dəqiqə intervalı ilə işləyir. Hər gün səhər saatlarında qəsəbədən şəhərə gəlmək istəyən onlarla insan dayanacaqlarda qalıb növbəti avtobusu gözləməyə məcbur olur. Sakinlər hətta həyatlarını riskə ataraq avtobusun qapısından bayırda dayanaraq getməyə belə razı olurlar. İnsan həyatı üçün təhlükəli olan bu vəziyyəti əks etdirən video görüntünü təqdim edirik. Bu insanlar avtobusun qapısından yıxılıb ölsə, kim cavab verəcək?