“Məşədi Əzizbəyov” stansiyası bağlanacaq

-mesedi-ezizbeyov-stansiyasi-baglanacaq
Oxunma sayı: 2162

“Qafqazinfo”nun “ANS Press”ə istinadən məlumatına görə, Metropolitenin şöbə rəisi Samit Abbasov deyib ki, stansiyanın giriş-çıxışı bağlı qalan vaxt qatarlar tranzit olaraq, yəni stansiyada dayanmadan hərəkət edəcək.

Qeyd edək ki, “Məşədi Əzizbəyov” stansiyası Bakı kənd və qəsəbələrindən gələn əhalinin daha çox istifadə etdiyi stansiyadır. Bağlı qalacağı təqdirdə, gərginlik digər stansiyaların, o cümlədən “Qara Qarayev” stansiyasının üzərinə düşəcək.