“TASİM” dünyanın 13 qlobal layihəsindən biri seçildi

-tasim-dunyanin-13-qlobal-layihesinden-biri-secildi-
Oxunma sayı: 648

RITN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ötən həftə Nyu-York şəhərində təşkil olunan 6-ci Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından “TASİM” layihəsi nominat olaraq seçilib. “Maliyə Layihəsi” üzrə namizədlər arasında yer alan “TASİM” Türkiyənin reallaşdırmaq istədiyi 9 milyard dollar dəyəri olan İstanbul hava limanı və Braziliya hökumətinə məxsus 3.2 milyard dollar məbləğində qiymətləndirilən Rio de Janeiro hava limanı konsepsiyası ilə eyni kateqoriyada yarışır.

İnfrastrukturun bütün sektorlarını əhatə edən müsabiqədə namizədlər 13 ölkədən seçilib. Sevindirici haldır ki, Azərbaycan iki qlobal layihəsi ilə bu ölkələr arasında yer alıb. Azərbaycan qazını Avropaya çıxarmağı hədəfləyən 7 milyard dollar dəyəri olan “Trans-Anadolu” qaz kəməri layihəsi də müsabiqənin nominatları sırasında yer alıb.

Qeyd edək ki, 6-ci Qlobal İnfrastruktur İdarəçilik Forumunda 400 nəfərdən çox hökumət və şirkət nümayəndələri iştirak edib.