“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır”

-tolerantliq-azerbaycan-cemiyyetinin-yasam-normasidir-
Oxunma sayı: 2201


Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, tədbirdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər İdarəsinin rəisi Nizami Hüseynov, komitənin şöbə rəisi Əliheydər Zülfüqarov və digər qonaqlar iştirak edib. Rafiq Qaçayev ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi  cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görüldüyünü bildirib.

Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirasalayev Azərbaycanda insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq  hüquqi normalara tam uyğunlaşdırıldığını, dövlət və dini qurumlar arasında münasibətlərin Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, “Dini etiqad azadlığı haqqında” qanun  və digər qanunvericilik aktları ilə tənzimləndiyini vurğulayaraq rayon ərazisində bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Daha sonra çıxış edən digər natiqlər Qaradağ rayonunda dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunan dini təriqətləriun təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında danışaraq bu sahədə ziyalıların, ağsaqqalların üzərinə böyük vəzifə düşdüyünü vurğulayıblar. Konfransda mövzu ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.