11 nazir istefa verdi

11-nazir-istefa-verdi
Oxunma sayı: 828

“Qafqazinfo”nun məlumatına görə, kabinet üzvlərinin belə bir qərar verməsinə səbəb iyulun 11 də hərbi dəniz bazasında döyüş sursatlarının güclü partlayışından sonra başlanmış hökumət böhranı olub. Kiprin istefa verən nazirləri öz vəzifələrini yeni kabinet formalaşana kimi davam etdirəcəklər. Qeyd edək ki, ölkənin Konstitusiyasına əsasən hökumətə prezident başçılıq edir və nazirlərin istefa etməsini də o irəli sürmüşdü. Bir neçə gündür ki, Kiprin paytaxtında prezident Dimitrisa Xristofiasanın istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir.

Səidə