12 illik ailənin dağılma səbəbi - İçki, xəyanət..

12-illik-ailenin-dagilma-sebebi
Oxunma sayı: 654

Tülin Şahin ilə Mehmet Özerin boşanma səbəbi məlum olub. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, modelin 12 illik ərindən ayrılma səbəbi Mehmetin alkoqolik olmasıdır. 

Bundan əlavə, iddia olunur ki, Şahin bütün vaxtını işinə həsr edir və ailəsinə vaxt ayırmır. Daha bir iddia isə iş adamının gənc bir xanımla sevgi münasibəti yaşamasıdır. 

Özer dəfələrlə ata olmaq istədiyini həyat yoldaşına bildirsə də, Tülin bununla razılaşmayıb.  Bu səbəblərdən cütlük arasında gərginlik artıb və ayrılmaq ilə nəticələnib.